
Analitik modellərə əsaslanan qərar dəstəyi sistemlərində məlumatların etibarlılığı və keyfiyyəti düzgün qərar qəbul etməyin ən vacib amillərindən biridir. Çünki məlumatların yaratdığı problemlər, səhvlər və çatışmazlıqlar təhlillərin ən doğru metodla tətbiq olunmasına baxmayaraq səhv nəticələrə səbəb olar. Bu səhv nəticələrə əsaslanan qərarlar şirkətin bütün əlaqəli əməliyyatlarına da mənfi təsir göstərir və bu mənfi təsirin şirkətlər üçün xərcləri gözləniləndən çoxdur. Buna görə məlumatların keyfiyyəti ilə bağlı tədqiqatlar bütün layihələrin ən başında aparılmalı və daim nəzarət altında saxlanılmalı olan çox vacib bir prosesdir.
Məlumatın keyfiyyəti işi sadəcə informasiya texnologiyaları qruplarının deyil eyni zamanda bütün şirkət və müəssisə bölmələrinidə əhatə etməli, əhəmiyyətini hiss etməli, başdan sona planlamalı olan bir prosesdir. İtirilmiş və ya yanlış daxil edilmiş məlumatların düzəldilməsi, ilk məlumatlar daxil edildikdə məlumatların keyfiyyətini yoxlamaqla məlumatların düzgün daxil olmasını təmin etməkdən daha baha başa gəlir və bütün şirkət əsasəndə məlumat formalaşdıran qurumlarda bu düşüncəni mənimsəməlidirlər.
Məlumatların keyfiyyəti ilə bağlı araşdırmalar, şirkətlərdə hər hansı digər layihə kimi başlayan və bitən proseslər deyil, davamlı olaraq davam etdirilməli olan proseslərdir. Bunun üçün devamlı ölçmələr aparılması, başlanğıc nöqtəsindən etibarən inkişafın izlənməsi və yeni məlumatların müəyyən standartlara uyğun formalaşmasından əmin olunması lazımdır.
Məlumatların keyfiyyəti araşdırmasına və işlənməsinə baxdıqda əvvəlcə məlumatları təhlil etməyə başlayırıq, sonra məlumatların keyfiyyətini yaxşılaşdırmaq üçün bir sıra proses və proseslər hazırlayırıq. Bunlar əsasən: